Turistlərin təsadüfən çəkdikləri kadrlar sosial şəbəkələrin Rusiya seqmentinə geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, yayılan kadrlar Krasnoyarsk diyarındakı Yesaulov bölgəsini bürüyən dəhşətli meşə yanğınının başladığı anı əks etdirir Videodan da aşkar görünür ki, hündr ərazidə manqal yandıraraq istirahət edən tursit qrupu təhlükəsilik qaydalarını kobud şəkildə pozurlar. Onlardan biri meşəyə doğru fişəng atır və nəticədə bir neçə dəqiqə sonra ətrafda hər yerdə qurumuş otluqlar alovlanmağa başlayır. Video ilk olaraq "Borus. Lyudi" "Telegram" kanalı tərəfindən yayılıb.
Kanalın məlumatına görə, yanğın törətməkdə şübhəli bilinın şəxs artıq müəyyən edilib və polis hazırda onu dindirir.
Videonun müəllifi iddia edib ki, yanğın törədən şəxs və alovları izləyən turistlər heç nə olmamış kimi sadəcə ərazini tərk ediblər. Ətrafda olan digər şəxslər isə sonradan polisə və Fövqəladə Hallar Nazirliyinə zəng ediblər.