RU

Diplomatik korpusun nümayəndələri Laçında

Diplomatik

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edən diplomatik korpusun nümayəndələri mayın 2-də Laçın rayonuna gəliblər.Ulusum.az xəbər verir ki, Laçın şəhəri ilə tanışlıq çərçivəsində xarici diplomatların səfər etdikləri ilk məkan Həkəri çayının sahilində salınmış bulvar olub.Nümayəndələr səfər çərçivəsində Laçın şəhərində yerləşən “Zerti” Aqro Sənaye Parkında fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və tinglik komplekslərinin fəaliyyəti ilə də tanış olublar.Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2025-ci ilin mayın 27-də açılışı olmuş “LATIFA” tikiş fabrikində 30 yeni iş yeri yaradılıb. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisə gündə 2 min ədəd tekstil məhsulu istehsal edir. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.Sonra diplomatik korpus “PİRSHAGHİ” ayaqqabı fabrikinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, fabrik Asiya, Avropa və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Xammal əsasən Türkiyədən gətirilir. Bundan başqa, xidmət sektorunda peşəkarlığı artırmaq məqsədilə müəssisəyə qardaş ölkədən və Bakıdakı “PİRSHAGHİ” brendindən təlimçilər cəlb olunub.“Aydınoğlu” mebel fabriki ilə tanışlıq da diplomatlarda zəngin təəssürat yaradıb.Bildirilib ki, laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada, Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə, həm də tədris-təlim mərkəzi sayıla bilər. Təşkil olunan kurslarda xaricdən dəvət almış mütəxəssislər bir neçə ay ərzində innovativ texnologiyalardan düzgün istifadə, istehsal gücünün artırılması üsulları ilə bağlı dərslər keçirlər.Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə mayın 1-də Şərqi Zəngəzur və Qarabağa səfər ediblər. Diplomatik korpus nümayəndələrinin bu səfəri işğaldan azad olunmuş ərazilərə sayca 21-ci səfəridir. Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Diqqət Çəkənlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Xəzərdə zəlzələ olub

Diplomatik korpusun nümayəndələri Laçında

Избранный
7
1
ulusum.az

2Источники