RU

Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı

Şuşa Musiqili Dövlət Teatrında “Söz Körpüsü” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi- bədii gecə keçirilib. Bir neçə uğurlu ədəbiyyat hadisəssinə imza atan “Söz Körpüsü” layihəsinin təşkilatçıları – tanınmış şairə, Vətəndaş Həmrəyliyi Partiyası Qadın təşkilatının sədri Aysel Xanlarqızı, şair Aysel Nəsirzadə, fəal ictimaiyyətçi Həmidə Yaqubova üçlüyi ilə VHP sədrinin köməkçisi Gülnar Hüseynovanın hazırladığı tədbir şair, yazıçı, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi Aysel Fikrətin aparıcılığı ilə keçən tədbir Sabir Rüstəmxanlının ömür yoluna həsr olunmuş qısa video-tanıtımla başlayıb. Daha sonra rejissor, bədii qiraət ustası Kamran Yunis və Azərbaycan respublikasının xalq artisti, Azərbaycan televiziyasının tanınmış diktoru Eldost Bayram, Aktrisa Zemfira Əbdülsəmədova, əməkdar artist Nazir Rüstəmov şairin şerlərini səsləndirib.

YazıçılarBirliyininkatibi Rəşad Məcid, İstiqlalçı Millətvəkili Mirmahmud Mirəlioğlu və Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı çıxış edərək xalq şairini təbrik ediblər. Bədii rəhbər və xoreoqraf Kəmalə Rəcəbovanın qurluşunda “Azərbaycan ritmləri” rəqs ansambl Sabir Rüstımxanlının sözlərinə yazılmış “Zəfər Nəğməsi” mahnısı ilə rəqs kompazisiyası nümayiş etdirib. Böyüş coşqu və yüksək bədii səviyyədə keçən gecədə Sabir Rüstəmxanlının “Səni Vətənə bənzədirəm” şerinə İlhamə Adilqızının bəstələdiyi mahnı Aynur İsgəndərli tərəfindən ilk dəfə səsləndirilib. Daha sonra Şuşa Musiqili Dövlət Teatrının hazırladığı kompozisiya nümayiş etdirilib. Musiqiçilər: Bəxşeyş Mehdiyev, Ozal Məmmədxanlı, Elmar Ələkbərov, Elçin Niftəliyevin kompazisiyasında xalq artisti Şükufə Musayeva –xalq artisti, Emin Sevdimaliyev, Rasəf Mehdiyev, Bahar Həmzəyeva və şair, aktrisa Banu Məhərrəm S.Rüstəmxanlının şerlərini səsləndirib. Humay Azadqızının pianinoda müşayiəti ilə Müşfiqə Baləddinqızının ifasında şairin şerləri xüsusi maraqla dinlənib. Tədbir zamanı xalq şairinin nəvələrinin səsləndirdiyi şerlər yubliyarın özü üçün də xoş gözlənilməzlik olub. Tədbirin sonunda S.Rüstəmxanlı çıxış edib hər kəsə minnətdarlığını bildirib və “Türkün sarsılmaz gücü” yarışının qalibləri mükafatlandırılıb.

Избранный
15
6
moderator.az

7Источники