RU

NATO üçün ən böyük təhlükə Trampdır? Polşa Baş nazirindən maraqlı paylaşım

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"NATO üçün ən böyük təhlükə xarici düşmənlər deyil, ittifaqımızın davam edən parçalanması prosesidir. Biz hamımız bu dağıdıcı tendensiyanın qarşısını almaq üçün lazım olan hər şeyi etməliyik".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk özünün X sosial media səhifəsində yazıb.

Baş nazir bu paylaşımının səbəbini və konkret nəyi nəzərdə tutduğunu açıqlamasa da, müşahidəçilər bunu Donald Trampın ABŞ qoşunlarını Avropadan çıxarmaq qərarı ilə əlaqələndirib.

Məlum olduğu kimi, ABŞ Almaniyadan 5000 əsgərini çıxarmağa hazırlaşır. Pentaqon artıq qoşunların çıxarılmasının yaxın altı-on iki ay ərzində başa çatacağını bəyan edib.

Bu arada, Almaniyanın Müdafiə naziri Boris Pistorius ABŞ əsgərlərinin ölkədən çıxarılmasına münasibət bildirib. O, bunun gözlənilən bir addım olduğunu deyib, həmçinin Avropa ölkələrini öz müdafiə qabiliyyətlərini gücləndirməyə çağırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
azpolitika.info

1Источники