RU

WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 176 ölkədən olan şəxslər qeydiyyatdan keçib.Missiya.Az bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Избранный
16
16
missiya.az

10Источники