RU

Prezidentsiz qalan klubda qeyri-müəyyənlik nə zaman bitəcək? - AÇIQLAMA

Ədliyyə Nazirliyi «Araz Naxçıvan»ın müraciətinə hələ cavab verməyib.

Bu barədə Sportinfo.az-a «ağ-qırmızılar»ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib.

Onun sözlərinə görə, klub prezident postunda dəyişiklik edilməsiylə bağlı müvafiq dövlət qurumuna məktub göndərib.

Ramin Axundovun bu vəzifədə Ceyhun Sultanovla əvəzlənməsinə dair bildirişin rəsmi surətdə təsdiqlənməsi, böyük ehtimalla, hələ bir neçə gün çəkəcək:

«Adətən, rəsmi sorğular 21 iş günü ərzində cavablandırılır. Qeyri-rəsmi iş günlərini də bura əlavə etsək, proses 1 aya qədər uzana bilər.

Klubumuzun Ədliyyə Nazirliyinə göndərdiyi sənədlərin üstündən 1 ay keçməyib. Ona hələ bir neçə gün var.

Ceyhun Sultanov klubumuzun içindədir, gündəlik işlərlə maraqlanır. Sadəcə, hamı gözləmə mövqeyindədir.

Gərək bu təyinat rəsmi surətdə təsdiqlənsin ki, o da işə başlasın, öz səlşahiyyətlərini yerinə yetirə bilsin. Ümid edirik ki, nazirlikdən tezliklə müsbət cavab alacağıq».

Избранный
23
sportinfo.az

1Источники