RU

Sahil Babayev Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək

Mayın 3-6-da Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısı keçiriləcək.Missiya.Az "Report"a istinadən xəbər verir ki, toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək."Tərəqqinin kəsişmə nöqtəsi" devizi ilə keçirilən toplantı Asiya və Sakit okean regionunda yaşıl transformasiya, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunub. Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla üç mindən çox nümayəndənin iştirakı gözlənilir.Xatırladaq ki, 1966-cı ildə yaradılan ADB-nin baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ABB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Избранный
52
50
missiya.az

10Источники