RU

Mayda evlənənlər bədbəxt olur? – ŞOK AÇIQLAMA

Azərbaycanda baharın ən gözəl çağında toy karvanlarının kəsilməsi, cəmiyyətdə kök salmış “may ayı sindromu” ilə bağlıdır. Xalq arasında yayılmış “mayda evlənənlər mayıl-mayıl qalar” deyimi minlərlə gəncin xoşbəxtlik planlarını hər il təxirə salır. Lakin nə milli adət-ənənələrimizdə, nə də İslam dinində bu ayın uğursuzluğuna dair bir dənə də olsun fakt yoxdur. Əksinə, təbiətin oyandığı bu dövrdə şadlıq etməmək heç bir məntiqə sığmır. Bu qadağanın əsl kökləri isə nə dinə, nə də milliliyə deyil, tamamilə yanlış dil oxşarlıqlarına və uydurulmuş miflərə dayanır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan araşdırmaçı jurnalist, ilahiyyatçı Kənan Rövşənoğlu bildirib ki, bu, dini cəhətdən tamamilə batil bir inancdır: “İslam dinində hər hansı bir ayın, günün və ya saatın uğursuz olması anlayışı qətiyyən yoxdur. Bu, tamamilə xurafatdır. Allahın yaratdığı hər bir zaman dilimi mübarəkdir və ailə qurmaq kimi savab bir işi ‘may ayıdır’ deyə təxirə salmaq günah hesab olunur. Peyğəmbərimiz (s.ə.s) buyurub ki, zamanı söyməyin, çünki zamanı idarə edən Allahdır. May ayına ‘uğursuzluq’ damğası vurmaq həm mənəvi, həm də dini baxımdan böyük savadsızlıqdır”.

Onun sözlərinə görə, bu ‘qadağa’ əslində rus dilindəki səs oxşarlığından bizim dilimizə sızıb: “Bu inancın kökü ruslardakı ‘v mayu jenitsya – vek mayatsya’ (mayda evlənən ömür boyu əziyyət çəkər) deyimidir. ‘Mayatsya’ (əziyyət çəkmək) sözünü bizim xalq ‘mayıl-mayıl qalmaq’ kimi qəbul edib və bunu milli bir qorxuya çevirib. Bir ayın adı ilə insanın taleyini bağlamaq cəhalətdir. Ailənin xoşbəxtliyi aydan deyil, insanların bir-birinə olan sevgisindən və hörmətindən asılıdır. May ayı ən ruzili, ən bərəkətli aylardan biridir və bu mifdən xilas olmağın vaxtı çoxdan çatıb”.

Tunar,
NOCOMMENT.az

Избранный
57
nocomment.az

1Источники