ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkəsinin son zamanlar Müqəddəs Torpaqda artan anti-xristian hərəkətlərinə "heç bir şəkildə dözə bilməyəcəyini" bildirib.
Redaktor.az xəbər verir ki, Barrot xüsusilə Qərbi Qüdsdə fransız katolik rahibəsinə qarşı törədilən və geniş narazılığa səbəb olan qəddar hücuma toxunub.
İsrail polisi hücumu əks etdirən video yayımlayıb. Görüntülərdə bir kişinin rahibənin ardınca düşdüyü, onu zorla yerə yıxdığı, başından xəsarət aldığı və sonra yerdə uzanarkən ona təpik vurduğu görünür.
“Bu dəhşətli əməli törədən şəxs həbs edilib. Cəza nümunəvi olmalıdır”, - deyə o bildirib.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.