RU

İdmançılarımızın yeni reytinq cədvəli

Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üçün reytinq cədvəli açıqlanıb. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, siyahıya ötən ay Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Yarışın digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə yer alıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk üçlüyü qapayır.

Növbəti sıralarda Zelim Kotsoyev (cüdo, 390 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Murad Əhmədiyev (yunan-Roma güləşi, 270 xal) qərarlaşıb.

Millimiz 6-cı dəfə Avropa çempionu olub

Qabil YUSİFOĞLU
XQ

Избранный
4
5
xalqqazeti.az

10Источники