RU

Roma minatəmizləmə əməliyyatlarına 1,5 milyon avro yardım ayırıb Elçin Əmirbəyov

ain.az bildirir, Unikal.az portalına istinadən.

"Roma ilə Bakı arasında minatəmizləmə sahəsində əməkdaşlıq getdikcə daha çox humanitar əhəmiyyət kəsb edir.Azərbaycan üçün bu istiqamət insanların həyatının qorunması və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edilməsi baxımından xüsusi önəm daşıyır".

"Unikal" xəbər verir ki, bunu "Formiche.net" nəşrinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. 

Onun sözlərinə görə, İtaliya bu prosesə maliyyə və institusional dəstək göstərir.

"Belə ki, Roma minatəmizləmə əməliyyatlarına 1,5 milyon avro həcmində yardım ayırıb. Bundan əlavə, 14 aprel 2026-cı ildə İtaliya Senatında Azərbaycanda mina problemi və onun humanitar nəticələrinə həsr olunmuş xüsusi konfransın keçirilməsi planlaşdırılır ki, bu da məsələyə beynəlxalq diqqətin artdığını göstərir.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda mina ilə çirklənmiş ərazilərin sahəsi 11 667 kvadrat kilometr təşkil edir ki, bu da ölkə ərazisinin 13,4 faizinə bərabərdir. 2020-ci ildən bu yana mina partlayışları nəticəsində 422 nəfər zərər çəkib, onlardan 73-ü həlak olub, 349 nəfər isə yaralanıb".  

Gülayə Mecid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
2
unikal.az

3Источники