RU

Tramp sərt üzünü Kubaya çevirdi – “Təslim olacaqlar”

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Kubaya nəzarəti "demək olar ki, dərhal" ələ keçirmək niyyətində olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı cümə günü Florida ştatının Vest Palm Biç şəhərində yerli forum klubunun üzvləri qarşısında çıxışı zamanı verib.

Amerika lideri Kubadan bəhs edərək deyib: "Kuba çətinlik çəkir. Amma əvvəlcə bir şeyi bitirəcəyik. İrandan qayıdarkən, böyük təyyarədaşıyan gəmilərimizdən biri, bəlkə də dünyanın ən böyük “USS Abraham Linkoln” Kuba sahilindən təxminən 100 yard (təxminən 90 metr) məsafədə dayanacaq və onlar deyəcəklər: "Çox sağ olun, təslim olduq".

Xatırladq ki, bu ilin əvvəlində Venesueala prezidenti Nikolas Maduronun Karakasdakı iqamatgahından yatdığı yerdə götürülüb ABŞ-yə aparılmasından sonra Trampın Kubaya yönəlik iddia və təhdidləri də şiddətlənib.

Musavat.com

Избранный
29
musavat.com

1Источники