RU

İƏT rəsmisi: Qarabağ Azərbaycanın əsas turizm və şəhərsalma mərkəzlərindən birinə çevrilə bilər VİDEO

Şuşa, 2 may, AZƏRTAC

Qarabağa səfər regionun həm şəhərsalma, həm də turizm baxımından böyük potensialını nümayiş etdirərək dərin təəssürat yaradıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndəsi Mafaz Xurram bildirib.

Onun sözlərinə görə, Qarabağa ilk dəfə səfər edir: “Mən Pakistandanam. Qardaş ölkə Azərbaycanda olmaq və diplomatik icmanın bir hissəsinə çevrilmək mənim üçün böyük şərəfdir. Bu səfər mənim üçün çox dəyərli və mühüm təcrübə oldu”.

M.Xurram qeyd edib ki, Qarabağ öz təbii gözəlliyi ilə seçilir və bu potensialdan düzgün istifadə edilərsə, Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çevrilə bilər. Həmçinin vurğulayıb ki, bölgədə həyata keçirilən bərpa və inkişaf prosesləri müasir şəhərsalmanın bariz nümunəsidir: “Qarabağ dayanıqlı şəhər inkişafının və düzgün planlaşdırmanın nə qədər vacib olduğunu göstərir. Bu region Azərbaycana səfər üçün əsas səbəblərdən birinə çevrilə bilər”.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev
Избранный
20
2
azertag.az

3Источники