RU

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici layihəyə start verilib

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-cı il tarixindən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə maarifləndirici görüşlər” layihəsinin icrasına başlayıb.

Bu barədə Turkustan.az-a İctimai Birliyin sədri Könül Qasımova məlumat verib.

O bildirib ki, layihə uşaqların və gənxclərin zərərli vərdişlərə aludə olmasının qarşısının alınması, valideyn məsuliyyətinin artırılması və nəzarət bacarıqlarının gücləndirilməsi məqsədilə hazırlanmış sosial maarifləndirici təşəbbüsdür. Layihə çərçivəsində uşaqların davranış mədəniyyətinin formalaşdırılması, valideynlərlə gənclər arasında sağlam ünsiyyətin qurulması və ailə-məktəb əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində fəaliyyətlər həyata keçiriləcək.

Layihə müddətində Bakı, Sumqayıt, Şirvan, Salyan və Bərdə şəhərlərində valideynlər, uşaqlar və gənclər üçün maarifləndirici təlimlər və interaktiv görüşlər təşkil olunacaq. Görüşlər zamanı iştirakçılara uşaq psixologiyası, riskli davranışların qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və ailədaxili ünsiyyət mövzularında praktiki biliklər təqdim ediləcək.

Könül Qasımova qeyd edib ki, uşaqların və gənclərin davranış və qərarvermə prosesinə ən böyük təsir göstərən amillərdən biri valideynin rolu və ailə mühitidir. Bu baxımdan layihə həm valideynlər, həm də gənclər üçün paralel maarifləndirici fəaliyyətləri əhatə edərək onların bir-birini daha yaxşı anlamasına, qarşılıqlı etimadın və dəstəyin güclənməsinə şərait yaradacaq.

Layihənin icra müddəti 1 may 2026-cı il tarixindən 31 iyul 2026-cı il tarixinədək nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники