RU

Qobustandakı qayaüstü rəsmlər mədəni iz daşıyır... Xalçaçılıq sənəti Azərbaycan üçün dəyərlidir Video

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycanda xalçaçılıq sənəti böyük tarixə malikdir. 2010-cu ildə bu sənət UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Qobustan qayaüstü rəsimlərində də yun əyirmə haqqında məlumatlar var.

Tarixi mənbələrə görə, regionda xalçaçılıq eramızdan əvvəl II minillikdə ortaya çıxaraq geniş yayılmışdır. Xalçaçılıq Türk dünyasında - Azərbaycan coğrafiyasında IX-XIII əsrlərdə Şirvan, Təbriz, Gəncə kimi şəhərlərdə bir sənət kimi formalaşmışdı. Azərbaycan xalçaları Yaxın Şərq bazarlarına çıxarılırdı. XIV-XVI əsrlərdə dövlət də xalçaçılara dəstək göstərməyə başladı və emalatxanalar yaradıldı.

Sultan Məhəmmədin miniatürlərində görünən xalça motivləri həmin dövrün estetik standartlarını təsdiqləyir. Bu dövr üçün Təbriz xalçaçılığın beşiyi kimi tanınırdı.

Artıq XVII-XIX əsrlərdə Azərbaycanda xalçaçılıq məktəbləri formalaşmağa başlayır. Bu dövrdə Qarabağ, Quba, Şirvan, Təbriz, Gəncə-Qazax və Bakı məktəbləri öz sözünü deyə bilir. Azərbaycanda xalçaçılıq məktəbləri, Qarabağ məktəbi parlaq rənglər və gül naxışlı kompozisiyalara üstünlük verirdi. Bura “Xarıbülbül”, “Çələbi”, “Bərdə” üslubları daxil idi. Qarabağ xalçaları adla tanınırdı. Quba–Şirvan məktəbi zərif həndəsi ornamentlər, simmetrik quruluşa malik xalçalar yaradırdı. Bakı məktəbində tünd rənglər, sıx ilmə, monumental naxışlara üstünlük verilirdi.

Əslində xalça toxuculuğu mürəkkəb bir prosesdir. Bura yunun qırxılması, yuyulması, çırpılması, əyrilməsi, boyanması, çillə qurulması və nəhayət toxunması daxildir. Xalça toxumaq üçün olan dəzgahxana da adlandırılırdı. Sonra çillə qurulur və toxuma başlanırdı. Xalça toxumaq üçün məkik, daraq, həvə, qayçı və s. alətlərdən istifadə edilirdi.

Qeyd edək ki, bu gün də Azərbaycanın bəzi bölgələrində xalça istehsal edən müəssisələr fəaliyyət göstərir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
icma.az

1Источники