RU

Avropa ölkəsində Rusiya ilə sərhəddə hərbi təlimlərə başlandı

BAKI, 2 may. TELEQRAF

Finlandiyada Rusiya sərhədindən 70 kilometr məsafədə Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Macarıstan, Polşa, Estoniya, Litvanın iştirakı ilə "Şimal zərbəsi 26" artilleriya təlimlərinə başlanılıb.

Teleqraf "Ria Novosti"yə istinadən xəbər verir ki, manevrlər Kuhmo bələdiyyəsindəki Vuosanka təlim poliqonunda keçirilir və 12 maya qədər davam edəcək.

Təlimlərdə 640 hərbçi iştirak edir. Onlara artilleriya, minaatan və taktiki döyüş atəşi təlimləri keçirəcəklər. Cəlb edilən texnikanın sayı dəqiqləşdirilməyib.

Aprelin sonlarında Böyük Britaniya və digər doqquz Avropa ölkəsi Rusiyadan gələcək təhdidlərin qarşısını almaq üçün Birgə Ekspedisiya Qüvvələrinə (JEF) əsaslanan birgə dəniz qüvvələri yaratmaq istədiklərini açıqlayıblar. Bu qurumun NATO-ya tamamlayıcı kimi çıxış etməsi gözlənilir.

Избранный
33
teleqraf.com

1Источники