RU

Türkiyəli müğənni reklamdan milyon qazanacaq

Türkiyəli məşhur sənətçi Bülent Ersoy nəhəng onlayn alış-veriş platforması ilə bağladığı müqavilə ilə diqqət mərkəzinə düşüb.

"Cebheinfo.az" xəbər verir ki, müğənni tək bir reklam çarxına görə 135 milyon TL (təxminən 6 milyon manatdan çox) qonorar alaraq Türkiyə reklamçılıq tarixində rekord göstəriciyə imza atıb.

Açıqlanan məbləğ ictimaiyyətdə geniş rezonans doğurub və sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Reklam sənayesində nadir hallarda rast gəlinən bu ödəniş bir daha məşhurların brend dəyərini gündəmə gətirib.

Bu müqavilə ilə Bülent Ersoy Türkiyədə reklam çarxı üçün ödənilən ən yüksək qonorarı alan sənətçi olub.

Məşhur ifaçı üçün bu əməkdaşlıq reklam sektorunda indiyədək həyata keçirilən ən yüksək büdcəli razılaşmalardan biri kimi qiymətləndirilir.

Избранный
4
1
cebheinfo.az

2Источники