RU

Qazançı kilsəsi ziyarət olundu VİDEO

ain.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri davam edir.

Modern.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bu gün Şuşa şəhərində yerləşən Qazançı kilsəsində olub. Qonaqlara tarixi dini abidə haqqında məlumat verilib, onun bərpası və qorunması istiqamətində həyata keçirilən işlər diqqətə çatdırılıb.

Səfər proqramına uyğun olaraq diplomatik korpusun üzvləri Şuşa Müalicə-Sağlamlıq Mərkəzini də ziyarət ediblər. Nümayəndələrə tibb müəssisəsinin fəaliyyəti, burada yaradılan şərait və əhaliyə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. 

Xatırladaq ki, mayın 1-də diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Qeyd edək ki gün davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Xankəndi şəhərinə, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarına səfəri nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
modern.az

1Источники