RU

“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yuri Vernidub “Neftçi”nin baş məşqçisi təyin olunanda komanda 7-ci pillədə idi. Bakılılar özündən aşağıda olan “Şamaxı”nı heç 3 xal da qabaqlamırdı. Amma “ağ-qaralar” ötən gün “Qarabağ”ı məğlub etməklə 4-cü pilləyə yüksəldilər.Bu yer uğrunda son 4 turda “Zirə” ilə amansız mübarizənin gedəcəyinə şübhə yoxdu. Düzdü, “Zirə” kubokun finalında “Sabah”ı məğlub etməsə.Bəs komandaların bundan sonrakı təqvimi necədi?“Zirə”:“Qəbələ” (ev)“İmişli” (səfər)“Sumqayıt” (ev)“Araz-Naxçıvan” (səfər)“Neftçi”:“Karvan-Yevlax” (səfər)“Şamaxı” (ev)“Sabah” (səfər)“Kəpəz” (səfər)“Zirə”nin ilk iki oyunda xal itirmək ehtimalı yüksəkdi. Çünki bundan sonra həm kubokun finalı olacaq, həm də bu mövsüm məğlub edə bilmədikləri “İmişli” ilə biabırçı Quba stadionunda oynayacaqlar. Rəşad Sadıqov da bu oyunlarda rotasiyalar olacağını inkar etməyib.“Neftçi”nin ən ciddi rəqibi çempionluq bəxş etdikəri “Sabah”dı. Masazır təmsilçisi həmin oyuna “qızıl dubl” edən komanda kimi çıxa bilər. Futbolçuların köklənmə problemi yaşaması mümkündü. “Neftçi” bu mövsüm “Şamaxı”nı da məğlub edə bilməyiblər. Amma Kamranbəy Rəhimovun Şamaxıdakı son görüşdə verdiyi qalmaqallı qərar bakılı futbolçuların ikiqat qəzəblə oynamağa məcbur edə bilər.Ümumi götürəndə şanslar bərabərdi, amma flaqman 4-cü yerə bir qədər daha yaxın görünür.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
icma.az

2Источники