ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Ötən ay Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 54,27 % təşkil edib.
525.az bu barədə “StatCounter”a istinadən xəbər verir.
Məlumata görə, bu, mart ayı ilə müqayisədə 5,94 faiz bəndi, ötən ilin eyni dövrünilə müqayisədə isə 19,05 faiz bəndi azdır.
Aprel ayında kompüterlərin bazar payı aylıq 5,96 faiz bəndi, illik müqayisədə isə 19,26 faiz bəndi artaraq 45,18 % olub.
Ay ərzində planşetlərin bazar payı 0,55 % təşkil edib. Bu isə aylıq 0,02 faiz bəndi, illik müqayisədə isə 0,21 faiz bəndi azdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.