RU

“Biz də bir növ dəniz quldurlarıyıq...” ABŞ Prezidentindən ETİRAF

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Donald Trump ABŞ hərbçilərinin İran nefti daşıyan tankerləri ələ keçirməsi ilə bağlı danışarkən bu əməliyyatların dəniz quldurluğu olduğunu etiraf edən ifadələr səsləndirib.

“AzPolitika”nun xarici mediaya istinadən yaydığı xəbərə görə, o, West Palm Beach şəhərində yerləşən “Forum” klubunda çıxışı zamanı məsələ ilə bağlı fikirlərini bölüşüb.

ABŞ Prezidenti bildirib ki, hərbçilər ümumilikdə 3,8 milyon barrel neft daşıyan “Majestic” və “Tifani” adlı iki İran tankerini ələ keçirərək yükü müsadirə ediblər.

O, bu hadisəni şərh edərkən belə deyib: “Biz nefti götürdük, bu, çox gəlirli biznesdir. Kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq... Biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
azpolitika.info

1Источники