İranın hava hücumları səkkiz Yaxın Şərq ölkələrində ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu obyektlər Yaxın Şərqdəki ABŞ hərbi mövqelərinin əsas hissəsini təşkil edir və kanalın məlumatına görə, "onlardan bəziləri artıq faktiki olaraq istifadəyə yararsızdır".
CNN-in məlumatına görə, ABŞ bazalarında əsasən kəşfiyyat təyyarələri, rabitə avadanlıqları və radar sistemləri vurulub. Onların bərpası aylarla vaxt və böyük həcmdə vəsait tələb edəcək.
Musavat.com