BAKI, 2 may. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib.