RU

Yutub istifadəçilərinə sevindirici xəbər

Yutub tətbiqində “şəkil içində şəkil” (Picture-in-Picture) rejimi bütün istifadəçilər üçün əlçatan olacaq.

Azreform.info xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər yutub tətbiqini kiçildərək digər mobil əlavələrdən istifadə edərkən videoya baxmağa davam edə biləcəklər. Daha əvvəl bu imkan yalnız ödənişli abunəçilər üçün təqdim olunurdu.

Yeniliyin yaxın aylarda bütün istifadəçilər üçün mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Bununla belə, ekran söndürüldükdə videoların fon rejimində səsləndirilməsi yalnız premium abunəçilər üçün əlçatan olaraq qalacaq.(axsam.az)

Избранный
2
6
azreform.info

7Источники