RU

"Reuters": ABŞ Qəzzadakı koordinasiya mərkəzini bağlamaq niyyətindədir

Tramp administrasiyası Qəzza zolağı yaxınlığındakı Mülki-Hərbi Koordinasiya Mərkəzini bağlamaq niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Mərkəzin funksiyalarına İsrail ilə HƏMAS arasında atəşkəsə riayət olunmasının monitorinqi, eləcə də Qəzzaya humanitar yardımın çatdırılmasının əlaqələndirilməsi daxildir.

Bağlanma qərarı Trampın Yaxın Şərq sülh nizamlanması planının atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi səbəbindən çıxılmaz vəziyyətə düşməsi ilə əlaqədardır.

Agentlik mənbələrinin məlumatına görə, mərkəz ona verilən tapşırıqları yerinə yetirə bilməyib və funksiyaları çox güman ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə ötürüləcək. Amerika hərbi qüvvələrinin sayı 190 nəfərdən 40 nəfərə endiriləcək və hərbçilərin yerinə digər ölkələrdən mülki mütəxəssislər gələcək.

Mənbələr həmçinin qeyd edib ki, ABŞ-nin İsraillə İrana qarşı birgə müharibəyə başlamasından bəri Ağ Evin Qəzzanı yenidən qurmaq səyləri faktiki olaraq dayandırılıb.

Избранный
25
1
far.az

2Источники