BAKI, 2 may. TELEQRAF
ABŞ ilə Vatikan arasında qaçqın məsələsi ilə bağlı gərginliyin artması fonunda Papa XIV Leo keçmiş sənədsiz miqrant Evelio Menjivar-Ayalanı Qərbi Virciniyadakı Uilinq-Çarlston yeparxiyasının yeni rəhbəri təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Evelio Menjivar-Ayala yeniyetmə ikən El Salvadorda döyüşlərdən qaçıb və avtomobilin baqajında qanunsuz olaraq ABŞ-yə gətirilib.
İctimaiyyətin gərgin reaksiyasına baxmayaraq, kilsə rəsmiləri Menjivar-Ayalanın təyinatını alqışlayıb və onun pastoral nailiyyətlərini tərifləyiblər.