RU

Beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlanıb

ABŞ-ın Northwestern Universitetinin mühəndisləri real beyin hüceyrələri ilə birbaşa əlaqə qura bilən yeni tip süni sinir hüceyrələri hazırlayıblar. Bu hüceyrələr elektrik siqnalları yarada bilir və laboratoriya şəraitində siçan beyin toxumasında aparılan sınaqlarda real neyronları uğurla stimullaşdırıb.

Day.Az xəbər verir ki, tədqiqatda molibden disulfid və qrafen əsaslı materiallardan istifadə olunub.

Bu materiallar xüsusi püskürtmə texnologiyası ilə elastik səthlər üzərinə çap edilib və nəticədə beynin siqnal ötürmə prosesini təqlid edə bilən struktur yaradılıb.

Alimlərin fikrincə, bu inkişaf gələcəkdə tibb sahəsində, beyin-kompüter interfeyslərində və süni intellekt texnologiyalarında böyük irəliləyişlərə yol aça bilər. Eyni zamanda, daha az enerji sərf edən və bioloji toxumalarla uyğun işləyə bilən yeni nəsil sistemlərin hazırlanması mümkün sayılır.

Избранный
61
day.az

1Источники