ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.
Oxu.Az bu barədə “RİA Novosti” agentliyinə istinadən xəbər verir.
“Biz gedib onları darmadağın etmək, onlara həmişəlik son qoymaq istəyirikmi? Yoxsa saziş bağlamaq istəyirik? Seçimlər belədir”, – deyə Tramp jurnalistlərlə ünsiyyət zamanı qeyd edib.
Onun sözlərinə görə, o, insani düşüncülərə görə birinci varianta əl atmaq istəməzdi.