RU

Gəncədə qəza olub - Ölən var

GƏNCƏ, 1 may. TELEQRAF

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı minik avtomobili ilə mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
65
teleqraf.com

1Источники