RU

ABŞ-nin İrana hücumlarının real dəyəri açıqlandı

ABŞ-nin İrana hücumlarının dəyərinin 50 milyard dollar olduğu iddia edilir. Metbuat.az xəbər verir ki, bu barədə CBS xəbər agentliyi məsələyə yaxın məmura istinadən belə məlumat yayıb. Bildirilir ki, ABŞ-nin İrana hücumlarının dəyəri ictimaiyyətə açıqlanan rəqəmdən təxminən iki dəfə çoxdur. Məmur bildirib ki, Pentaqon rəsmiləri bu həftə Konqresə verdikləri ifadələrdə əməliyyatın dəyərini təxminən 25 milyard dollar olaraq göstəriblər, lakin bu rəqəm reallığı əks etdirmir.

O qeyd edib ki, Pentaqon rəsmiləri tərəfindən açıqlanan rəqəmlərə zədələnmiş və ya itirilmiş avadanlıqların dəyəri daxil deyil və faktiki rəqəm təxminən 50 milyard dollardır.

Избранный
9
2
metbuat.az

3Источники