RU

Tonali qərarını verdi: Premyer Liqa nəhəngləri hərəkətə keçdi

Fanat saytına istinadən ain.az xəbər verir.

İtaliyalı yarımmüdafiəçi Sandro Tonalinin gələcəyi ilə bağlı məsələyə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, Tonali gələn mövsüm də İngiltərə Premyer Liqasında qalmaq qərarına gəlib.

 Əvvəllər onun İtaliyaya qayıtmaq istədiyi bildirilsə də, futbolçu ən yüksək səviyyədə rəqabət aparmağa üstünlük verir.

Bu xəbərdən sonra "Mançester Yunayted" və "Arsenal" klubları ulduz futbolçunu heyətinə qatmaq üçün dərhal hazırlıqlara başlayıblar. Hər iki klub yarımmüdafiə xəttini Tonalinin yaradıcı oyunu ilə gücləndirmək niyyətindədir. Futbolçunun rəsmi qərarı transfer bazarındakı gərginliyi son həddə çatdırıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
fanat.az

2Источники