ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 may, AZƏRTAC
Adımın başqa klublarla hallanması normal haldır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis yeni mövsümdə Premyer Liqada çıxış edəcəyi gözlənilən I Liqa təmsilçisi "Şəfa"nın sükanı arxasına keçəcəyi ilə bağlı iddialara aydınlıq gətirib: "Mövsüm başa çatdıqdan sonra məşqçilərin adları başqa komandalarla hallanır. Amma “Şəfa”ya rəhbərlik edəcəyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Qərarımı mövsümün sonunda verəcəyəm".
Qeyd edək ki, "Şəfa" hazırda 53 xalla I Liqada turnir cədvəlinə başçılıq edir. Komanda Premyer Liqaya birbaşa vəsiqə qazanmağa əsas namizəd hesab olunur.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Orxan Kərimov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.