RU

Naxçıvanda əmək yarmarkası keçirilib

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.

525.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.

Yarmarkada 40-dan çox özəl və dövlət müəssisəsindən ümumilikdə 200-ə yaxın vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub.

Vakansiyalar üzrə müraciət edən şəxslərin işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.

Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
525.az

2Источники