RU

İlanlar rahat keçsin deyə, 3.7 milyon funt xərcləyib körpü tikdilər

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərədə vəhşi heyvanların təhlükəsiz keçidi üçün 3,7 milyon funt sterlin dəyərində “yaşıl körpü” tikilib və gələn ay istifadəyə veriləcək.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, körpü əsasən sürünənlər və digər kiçik canlılar nəzərə alınaraq layihələndirilib.

Körpü təbii bitkilərlə örtülüb və magistral yolun kəsdiyi ərazilər arasında heyvanların təhlükəsiz hərəkətini təmin edəcək. Layihənin ilanlar, qurbağalar və nadir növlərin sayının artmasına müsbət təsir edəcəyi gözlənilir.

68 metr uzunluğunda körpüdən insanlar da istifadə edə biləcək.

Röya Rizvanzadə, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
www.bakupost.az

1Источники