Ermənistan Baş naziri Nikol Paşinyan zirvə toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da dəvət edib.
Türkiyə Prezidentinin İrəvana gedib-getməyəcəyi maraq doğurur.
Aktual.az xəbər verir ki, Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident Ərdoğanın İrəvana səfəri baş tutmayacağını bildirib.
"İrəvanda Avropa Siyasi Birliyinin VIII toplantısı mayın 4-də baş tutacaq. Tədbir çox az bir müddət qalıb. Cənab Prezidentimiz Rəcəb Tayyip Ərdoğanın toplantıda iştirak üçün İrəvana səfər etməsi mümkün görünmür",-deyə Ş.Ayrım vurğulayıb.