RU

“İran ABŞ-nin düzəlişlərinə cavabını Pakistan vasitəsilə göndərib” -KİV

İranın müharibəyə son qoyulması ilə bağlı danışıqlara dair yeni diplomatik addım atdığı bildirilir.

Redaktor.az xəbər verir ki, "Axios"un müxbiri Barak Ravid regional mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İran ABŞ tərəfindən təklif olunan razılaşmaya edilən son düzəlişlərə cavabını Pakistan vasitəçiləri vasitəsilə çatdırıb. Bildirilir ki, bu proses regionda davam edən vasitəçilik səyləri çərçivəsində həyata keçirilib.

Qeyd olunur ki, tərəflər arasında aparılan danışıqların gedişi hələlik yekun nəticə verməyib və müzakirələr davam edir.

Aminə ŞAHSUVARQIZI

 

— Barak Ravid (@BarakRavid) May 1, 2026
Избранный
22
1
redaktor.az

2Источники