RU

Ayxan Abbasov "Şamaxı"dan yalnız milliyə görə ayrılmır - Özü başqa klubda çalışa biləcəyinə eyham etdi

Ayxan Abbasov mövsümün sonunda "Şamaxı"dan ayrıla bilər. Eyni zamanda millinin də baş məşqçisi olan mütəxəssis bununla bağlı özü mətbuat konfranslarının birində açıqlama verərək istisna etməmişdi. 44 yaşlı mütəxəssisin adı "Şəfa" və "Araz-Naxçıvan" ilə yanaşı çəkilir. Düzdür, o, Bakı klubu ilə danışıq aparması xəbərini saytımıza açıqlamasında təkzib edib. 

Bəs ümumiyyətlə, Abasov "bir əldə iki qarpız tutmaq" istəmir, yəni bütün diqqətini milli komandaya yönəltməyi düşünür, yoxsa təkliflərdən asılı olaraq klub seçimi edə bilər? Məsələyə təcrübəli mütəxəssisin özü ilə aydınlıq gətirmək istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hazırda bu haqda nəsə mövqe bildirmək istəmirəm, buna hazır deyiləm. Hələ çempionat bitməyib, heç nə bilinmir. Premyer Liqa başa çatsın, düşünməyə, seçim etməyə vaxtımız olacaq. Zamanı gəlsin, düşünəcəyik, danışacağıq. İndi nəsə desəm, sonradan fərqli qərar veürsəm, yaxşı anlaşılmaram". 

Göründüyü kimi, Abbasov sırf millidə çalışaraq klublardan gələcək digər təkliflərə "qapını bağlamaq" niyyətində deyil. Sadəcə, "Şamaxı"nın büdcəsinin və iddiasının az olması mütəxəssisi oradan ayrılıb fərqli seçimlər barədə düşünməyə vadar edir.

Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı”nın baş məşqçisidir.  

Mirağa

Избранный
4
fanat.az

1Источники