RU

Cəmiyyətin faizsiz maliyyə modelinə etimadı necə formalaşdırıla bilər?

Bakı, 1 may, AZƏRTAC

Faizsiz maliyyə modeli bankların gəlirliliyinə necə təsir edir və cəmiyyətin bu modelə etimadı necə formalaşdırıla bilər?

İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, son dövrlərdə Azərbaycanda bir neçə bank İslam bankçılığı və İslam maliyyə məhsulları üzrə fəaliyyət göstərir. Bu sahədə əsas maliyyə mənbələrindən biri İslam İnkişaf Bankı Qrupunun vəsaitləridir. Buraya İslam İnkişaf Korporasiyası və İslam Maliyyə və Ticarət Korporasiyasının ayırdığı vəsaitlər daxildir.

“Ümumilikdə müxtəlif banklara 60 milyon dollardan çox vəsait ayrılıb. Bu vəsaitin təxminən 20 milyon dollardan çox hissəsi artıq sahibkarlara təqdim olunub. Bununla yanaşı, daxili maliyyə alətlərindən də istifadə edilir və bu alətlər Mərkəzi Bank tərəfindən təsdiqlənib. Bildiyimiz kimi, 2025-ci ilin dekabr ayında Mərkəzi Bank iki banka bu istiqamətdə fəaliyyət göstərmək üçün icazə verib. Eyni zamanda, əhalidən cəlb olunan vəsaitlərin yerləşdirilməsi prosesi də həyata keçirilir. Bütün bunlar həmin bankların gəlir formalaşdırmasına müsbət təsir göstərir. Lakin hazırda cəmiyyətdə bu sahənin düzgün təbliği mühüm məsələ olaraq qalır. Təcrübə göstərir ki, yalnız reklam vasitəsilə müştəri cəlb etmək çətindir. Çünki islam maliyyə məhsulları kifayət qədər spesifikdir və insanlar onları daha yaxşı anlamaq istəyir. Buna görə də, birbaşa ünsiyyət və maarifləndirmə tədbirlərinə daha çox diqqət yetirilməsinə ehtiyac var”, - deyə Ruslan Atakişiyev qeyd edib.

 

Избранный
15
azertag.az

1Источники