ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, "Trendyol", "PAŞA Holding" və "Women in Tech Azerbaijan"ın tərəfdaşlığı ilə reallaşan bu təşəbbüs, Beynəlxalq “İKT-də Qızlar” Gününün rəsmi mövzusu olan “AI for Development: Girls shaping the digital future” çərçivəsində həyata keçirilir. Layihə aprel ayının 24-25-də Gəncədə, 26-27-də isə Mingəçevirdə baş tutub. İki günlük intensiv proqramda hər regiondan 40 nəfər olmaqla, ümumilikdə 80-ə yaxın gənc qadın (18-25 yaş) iştirak edib. İştirakçılar əsasən tələbələr, yeni məzunlar və karyerasının ilkin mərhələsində olan xanımlar olub. Təlim proqramı süni intellektin (AI) əsasları, gələcəyin iş dünyasında AI imkanları, effektiv sorğu (prompt) yazma texnikaları və AI-nin e-ticarətdə tətbiqi kimi mühüm istiqamətləri əhatə edib. Həmçinin, sessiyalarda etik istifadə qaydaları ("Safe AI") və texnologiyaya psixoloji yanaşma mövzuları da diqqət mərkəzində olub. Praktiki tapşırıqlar və "mini-lab" sessiyaları vasitəsilə iştirakçılar şəxsi fəaliyyət planlarını və "prompt" portfoliolarını hazırlamaq imkanı qazanıblar. Layihənin əsas hədəfi gənc qadınların süni intellekt alətlərindən məqsədyönlü istifadə etmələrini təmin etmək və onları gələcək əmək bazarında daha rəqabətqabiliyyətli kadr kimi formalaşdırmaqdır. Bu təşəbbüs, regionlarda rəqəmsal problemlərin aradan qaldırılmasına və qadınların texnoloji karyera imkanlarının genişləndirilməsinə xidmət edir.AzVision.azQalereya







Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.