ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Balıkesirin Bandırma rayonunda sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Hadisə gecə saat 03.30 radələrində Külefli qovşağında qeydə alınıb.Demokrat.az xəbər verir ki, Tekirdağdan İzmir istiqamətinə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər dünyasını dəyişib. Yaralanan 31 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.Qəzadan dərhal sonra hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və polis briqadaları cəlb olunub. Xilasedicilər avtomobildə sıxılıb qalan sərnişinlərə ilkin tibbi yardımı hadisə yerində göstəriblər.Qəzada həyatını itirən şəxslərin Nezire Akova, Elif Kel və Kemal Can Sert olduğu müəyyənləşib. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb, ölənlərin cənazələri isə Bandırma Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.