Amerikalı rep ifaçısı Kardi Bi dördüncü övladının atası, futbolçu Stefon Diqqsdən ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
Üç ay əvvəl növbəti dəfə ana olan reper ayrılıq xəbərini Los-Ancelesdə keçirilən konserti zamanı açıqlayıb.
Kardi Bi və Diqqs münasibətlərini 2025-ci ilin may ayında rəsmən elan etmişdilər.
Sentyabrda isə ifaçı dördüncü övladına (Diggsdən olan ilk uşağına) hamilə olduğunu təsdiqləmişdi.