Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı-Qazax magistaralında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Goranboy rayonunun Sarovlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Goranboyun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili marketlərdən birinin dəmir hasarına çırpıb.
Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini 2006-cı il təvəllüdlü Cavad Əliyev isə ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.