Donald Tramp administrasiyası İranla davam edən gərginlik fonunda Hörmüz boğazında dəniz gəmiçiliyini canlandırmaq üçün beynəlxalq koalisiya qurmağa çalışır.Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi açıqlama verib. “Wall Street Journal” qəzetinin yaydığı xəbəri təsdiqləyən rəsmi bildirib ki, ABŞ Hörmüz boğazı ilə bağlı yeni beynəlxalq koalisiya üzərində işləyir. Rəsmi qeyd edib ki, Vaşinqtonda Dövlət Departamenti daxilində yaradılacaq bölmə müttəfiq paytaxtlarla koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.O əlavə edib ki, bu beynəlxalq platforma Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq və bu istiqamətdə səylər müttəfiqlərlə birgə həyata keçiriləcək.