RU

“Neftçi” “Qarabağ”ı məğlub edib

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçirilib.

Aznews.az xəbər verir ki, “Neftçi” “Qarabağ”ı qəbul edib.

Oyunun ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə "ağ-qaralar" qolla başlayıb. Fredi Varqasın ötürməsində Emil Səfərov başla dəqiq oynayıb.

Bundan sonra təşəbbüsü ələ alan "Qarabağ" 85-ci dəqiqədə hesabı bərabərləşdirib. Toral Bayramovun cərimə meydançasına ötürməsindən sonra Elvin Bədəlov topu öz qapısına göndərib.

Matçın son dəqiqələrində flaqman qələbə qolunu vurub. Bassala Sambu "Neftçi"nin qələbəsini rəsmiləşdirib.

Görüş bu hesabla başa çatıb: 2:1.

Xallarının sayını 47-ə çatdıran "Neftçi" "Zirə"ni qabaqlayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Избранный
66
1
aznews.az

10Источники