RU

Qayda pozan sürücülər döngədə qəza törətdilər VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qayda pozan sürücülər qəza törədiblər. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasının Kazan şəhərində baş verən hadisə kameraya düşüb.

Belə ki, sürətlə hərəkətdə olan və nəqliyyat vasitələrinin arası ilə təhlükəli manevrlər edən motosikletli   ötmə əməliyyatı zamanı, döngəyə daxil olarkən kənar zolağı tutmayan xanım sürücünün idarə etdiyi "Mazda" markalı avtomobillə toqquşub.

Zərbənin şiddətindən bayker havada uçaraq asfalta düşüb və sürüklənərək yan yolda hərəkətdə olan "Toyota" markalı avtomobilin altına düşüb.

Ağır bədən xəsarətləri alan 33 yaşlı motosikletçi dərhal xəstəxanaya yerləşdirilib. Yaralı bud sümüyündən cərrahiyyə əməliyyatı olunub və yaxın vaxtlarda çiyin oynağından növbəti əməliyyatın keçirilməsi planlaşdırılır. Faktla bağlı araşdırmalar davam edir.

Motosikletlinin dəbilqəsinin kamerasına düşən qəzanın görüntülərini təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
96
avtosfer.az

1Источники