RU

Qazaxıstan Bakı Gəmiqayırma Zavoduna iki gəmi sifariş edib

Yazını böyüt
Yazını kiçilt

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı məqsədilə “Qazaxıstan Dəmir Yolları” (QDY) şirkətinin törəmə müəssisəsi Bakı Gəmiqayırma Zavodunda iki gəminin tikintisini sifariş edib.

Hafta.az xəbər verir ki, “QDY Express Shipping” şirkəti altı ədəd universal quru yükdaşıyan konteyner gəmisinin tikintisinə dair müqavilələr bağlayıb.

Dörd gəminin tikintisi üçün “Jiangsu Haizhongzhou Shipping Industry Co., Ltd.” şirkəti ilə, daha iki gəminin tikintisi üçün isə Bakı Gəmiqayırma Zavodu ilə müqavilələr imzalanıb.

Layihə Qazaxıstanın Trans-Xəzər marşrutu üzrə mövqelərinin möhkəmləndirilməsinə və marşrutun dayanıqlı dəniz komponentinin formalaşdırılmasına yönəlib.

“Çay–dəniz” sinfinə aid olacaq gəmilərin dedveyti (gəminin tam yükqaldırma qabiliyyəti) 9900 tona qədər, tutumu isə 537 iyirmi fut ekvivalentinə qədər olacaq.

Избранный
24
2
hafta.az

3Источники