RU

"Bu gün əldə olunmuş nəticələrin arxasında yüksək siyasi iradə dayanır" - DEPUTAT

"Bu gün əldə olunmuş nəticələrin arxasında yüksək siyasi iradə dayanır" - DEPUTAT"Dünən Ermənistan Respublikasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının on üçüncü iclası keçirilib. Azərbaycan və Ermənistan arasında illərdir davam edən sərhəd məsələsində mühüm irəliləyiş qeydə alınıb".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputat Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranziti uğurla davam edir:

"Bundan əlavə, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında yeni iqtisadi münasibətlərin formalaşdığını göstərən mühüm amildir. Bu fakt yalnız siyasi deyil, iqtisadi sahədə də qarşılıqlı əlaqələrin inkişaf etdiyini ortaya qoyur.

Dünənki görüş Azərbaycan-Ermənistan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sərhədin delimitasiyası istiqamətində konkret mexanizmlərin razılaşdırılması gələcəkdə mümkün gərginliklərin qarşısını almaq üçün mühüm təminat rolunu oynayır.

Düşünürəm ki, iqtisadi əməkdaşlığın genişlənməsi tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bu gün əldə olunmuş nəticələrin arxasında isə yüksək siyasi iradə dayanır".

Vüsalə İbrahimli

Избранный
42
sonxeber.az

1Источники