RU

ABŞ-Almaniya gərginliyi böyüyür

Vaşinqton Almaniyadakı hərbi mövcudluğunu azaltmağı düşünür. 

ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social”da yazıb. Onun paylaşımında deyilir: “ABŞ Almaniyadakı qoşun sayının azaldılması ehtimalını araşdırır və təhlil edir və bu məsələ ilə bağlı qərar tezliklə veriləcək”.

Qeyd edək ki, 27 apreldə Almaniyanın Baş naziri Fridrix Merz N-TV-yə verdiyi müsahibədə ABŞ hakimiyyətinin İrana qarşı hərbi əməliyyat strategiyasının olmadığını və Tehranın “ABŞ-ı alçaltdığını” bildirmişdi. Tramp isə Merzin “nədən danışdığının fərqində olmadığını” yazaraq cavab vermişdi.

“Reuters” xəbər verir ki, Avropada 80 mindən çox Amerika əsgəri yerləşdirilib. Onların üçdə birindən çoxu (təxminən 30 min) Almaniyadadır.

//Samir Qurbanov, Editor.az

Избранный
64
editor.az

1Источники