RU

Xırdalanda 58 yaşlı kişidən hoteldə biabırçı əməl Başqasına ərə gedirəm

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abşeron rayonunda 58 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 28-də Xırdalan şəhərində baş verib. İmişli rayon sakini, 1968-ci il təvəllüdlü Teymur həmin gün saat 20 radələrində “Hermes” hotelinin yaxınlığında, yəni arxa boş ərazidə münasibətləri pozulmuş qeyri-rəsmi ər-arvad münasibətində olduğu Səmayəni (adlar şərtidir – red.) görüb. Bu zaman Teymur qadına yaxınlaşıb və ona yenidən barışmaq istədiyini bildirib. Qadının buna etiraz etməsi, artıq başqa şəxslə ailə həyatı qurmaq istəməsini bildirməsindən əsəbiləşən kişi həmin səbəbdən aralarında şəxsi və qısqanclıq münasibətləri zəminində yaranmış narazılıq üstündə mübahisə baş verib. Həmin mübahisə əsnasında Teymur qadının üzərinə hücum edərək qəsdən ardıcıl əl, yumruq zərbələri ilə burun, sifət və baş nahiyələrinə vurub. İş üzrə ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səmayə ilə təxminən 3 ildir qeyri-rəsmi ər-arvad münasibəti var:“Təxminən hadisədən 15 gün əvvəl olar ki, Səmayə ilə münasibətim yoxdur. Onunla yenidən barışmaq məqsədi ilə noyabrın 28-də, saat 20 radələrində “Hermes” hotelin qarşısına getdim və orada Səmayə ilə görüşüb, onunla söhbət etmək istədiyimi dedim. Səmayə ilə birlikdə həmin yerin yaxınlığında, heç kəsin olmadığı ara küçəyə keçərək söhbət etməyə başladıq. Söhbət əsnasında Səmayə başqa bir şəxslə rəsmi ailə həyatı qurmaq istədiyini söylədi. Mən isə Səmayənin bu sözündən əsəbiləşdiyim üçün aramızda mübahisə yaranmağa başladı. Mübahisə zamanı Səmayənin üzərinə gedərək əl zərbələri ilə onun sifət, baş, burun nahiyələrinə təxminən 3-4 dəfə zərbələr vurdum. Bundan sonra hər ikimiz oradan uzaqlaşdıq. Sonradan mənə məlum oldu ki, Səmayə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verib”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
66
demokrat.az

1Источники