RU

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

Yonhap agentliyi xəbər verir ki, Şimali Koreyanın Baş naziri Pak Thae Sonq ölkəni bürüyən misli görünməmiş quraqlıqla mübarizə aparmaq üçün yerli hakimiyyət orqanlarının səylərini qiymətləndirmək üçün Pyongannamdo və Şimali Hvanqxe əyalətlərinə səfər edib.

Agentlik yazıb: "Pak Thae Sonq buğda və arpa məhsulunun perspektivlərini qiymətləndirmək üçün Pyongannamdo və Şimali Hvanqxe əyalətlərindəki əsas kənd təsərrüfatı sahələrini yoxlayıb və yerli rəsmilərlə məhsula dəyən ziyanın qarşısını almaq üçün tədbirləri müzakirə edib".

Böyük əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün kənd yerlərinə hər gün su maşınları göndərilir. Hakimiyyət orqanları quraqlıqdan əvvəl yığılmış məhsulu qorumaq üçün səy göstərirlər.

Vəziyyət quraqlığın yaz düyü əkini mövsümündən bir az əvvəl ölkəyə təsir etməsi ilə çətinləşir. 

Yonhap xatırladır ki, Şimali Koreya ardıcıl 19 ildir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xarici yardıma ehtiyacı olan ərzaq çatışmazlığı olan ölkələr siyahısındadır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
75
azerbaijan-news.az

1Источники